Ağır cinayətdə ittiham olunan 13 nəfər Azərbaycana ekstradisiya olunub

Azərbaycan Respublikasının Baş Prokurorluğu  tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Qurumun mətbuat xidmətiondən verilən xəbərə görə, bu günün rəqəmi isə 13-dür. Belə ki, ötən yarımildə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

 

Əvvəlki məqalə

Zakir Həsənov sabah Türkiyəyə gedir

Sonrakı məqalə

“İstefa verməmişəm, vermək fikrim də yoxdur” –