Ağstafada artezian quyularının naqillərini kəsib satanlar tutulub –FOTO

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Ağstafa rayonunun bir neçə kəndində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilləri oğurlayan şəxslər tutulub.
Emin Qurbanov, Əliş İsgəndərov, Xəyyam Qasımov, İbrahim Orucov və Misir Abbasov rayon ərazisində yerləşən 8 artezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Əvvəlki məqalə

Azərbaycanda uşaqların sayı niyə azalır? –

Sonrakı məqalə

İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayıb