Aİ-92 markalı benzin də ucuzlaşacaqmı?

13 Mart 2020 - 00:14

Azərbaycan hökuməti sabahdan iki marka üzrə benzinin qiymətini ucuzlaşdırmaq barədə qərar verib.

Azpost.info bildirir ki, ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti ucuzlaşaraq 1,20 manat olacaq. Aİ-98 markalı benzinin qiyməti isə 1,40 manat təşkil edəcək.

Qeyd edək ki, hazırda Aİ-95 markalı benzinin qiyməti 1,50 manat, Aİ-98 markalı benzinin qiyməti isə 1,60 manatdır.

Lakin qərarda Aİ-92 marka benzinin adı yoxdur. Ölkədə “kasıbların benzini” hesab olunan Aİ-92 –dən  kütləvi şəkildə istifadə olunur. Məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə  Aİ-92-nin  ucuzlaşma sırasında yer almamasından narazılıq edənlər, bu barədə qərara ümid edənlər öz mövqeylərini ifadə ediblər.

Aİ-92 benzinin qiyməti ilə bağlı müzakirələrə yəqin ki, sabah rəsmi qurumlar aydınlıq gətirəcəklər.