Avropa İttifaqı Çindən elektriklə işləyən avtomobillərin tədarükünə antidempinq rüsumları tətbiq edir.
Azpost.info xəbər verir ki, rusumlar 37,6 faiz olacaq.
Avropa Komissiyası bildirir ki, yeni rüsumlar “qanunsuz subsidiyalara” qarşı aparılan araşdırmadan sonra tətbiq edilib. Araşdırma 9 ay davam edib.
Əsas avtomobil istehsalçıları üçün minimum rüsum onların məhsullarının dəyərinin 17,4 faizini təşkil edəcək. Eyni zamanda, son bir neçə ay ərzində Çinlə bu mövzuda məsləhətləşmələr davam etdirilib. Avropa İttifaqı ÜTT qaydaları çərçivəsində danışıqlar yolu ilə nizamlanmaya nail olmağa ümid edir.
Azpost.info