Aİ ölkələri silah alışı üçün Ukraynaya 5 milyard avro ayıracaq

Avropa İttifaqı ölkələrinin səfirləri Ukraynaya hərbi yardım fondunun fəaliyyət prinsiplərini təsdiqləyiblər.

Azpost.info xəbər verir ki, silah alışı üçün Kiyevə 5 milyard avro ayrılacaq.

Vəsait artilleriya, döyüş sursatları, dronlar, hava hücumundan müdafiə sistemləri və minalardan təmizləmə avadanlıqları da daxil olmaqla prioritet ehtiyaclara xərclənməlidir.

Ukraynaya Yardım Fonduna ayrılan 11 milyard avronun 6 milyard avrodan bir qədər çoxu artıq ödənilib.

“Aylarla davam edən çəkişmədən sonra, nəhayət, Ukraynaya çox ehtiyac duyduqları hərbi yardımı kifayət qədər çevikliklə verə bilərik”, – Aİ diplomatı “Politico”ya deyib.

Nəşr qeyd edir ki, gələn il fondun Ukrayna üçün daha 5 milyard avro ayıracağı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Putinin tələbə yoldaşı Rusiya Ali Məhkəməsinin yeni sədri olacaq

Sonrakı məqalə

Gürcüstan Baş naziri Azərbaycana səfərə gəlir