Putinin tələbə yoldaşı Rusiya Ali Məhkəməsinin yeni sədri olacaq

Vyaçeslav Lebedevin ölümündən sonra Rusiya Ali Məhkəməsinin rəhbəri postuna əsas namizəd onun müavini, İqtisadi Mübahisələr üzrə Məhkəmə Kollegiyasının rəhbəri İrina Podnosova hesab edilir.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” prezident administrasiyasına yaxın mənbələrə istinadən yazıb.

Nəşrə danışan mənbələr deyirlər ki, vəzifə üçün ərizələrin seçimi hələ rəsmi olaraq tamamlanmayıb, lakin Podnosovanın namizədliyi ön plandadır.

İrina Podnosova 1975-ci ildə Vladimir Putinlə eyni vaxtda Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, Rusiya prezidentinin tələbə yoldaşı olub.

Podnosova əmək fəaliyyətinə Leninqrad Vilayət İcraiyyə Komitəsinin ədliyyə şöbəsində məsləhətçi kimi başlayıb. 1990-cı ildə Leninqrad vilayətinin Luqa şəhər məhkəməsinin hakimi olub və 2003-cü ilə qədər bu vəzifədə çalışıb. Sonra on il bu məhkəmənin sədri vəzifəsini tudub. 2013-cü ildə Leninqrad Vilayət Məhkəməsinin sədr müavini təyin edilib, 2017-ci ildə isə bu məhkəməyə rəhbərlik edib. 2020-ci ilin iyulunda Ali Məhkəmənin sədr müavini təyin edilib.

“Onun arbitraj sistemi ilə heç bir əlaqəsi yox idi, lakin nüfuzlu şəxs hesab olunurdu, çünki hamı onun arxasında kimin dayandığını anlayır”, – “Kommersant” mənbələrə istinadən yazır.

Azpost.info

 

Əvvəlki məqalə

Avropa Parlamenti süni intellektlə bağlı qanun qəbul edib –

Sonrakı məqalə

Aİ ölkələri silah alışı üçün Ukraynaya 5 milyard avro ayıracaq