Aİ XİN başçıları gələn həftə Ukraynaya hərbi yardımı müzakirə edəcəklər

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 14-də Lüksemburqda planlaşdırılan görüşdə Ukraynaya hərbi yardım və Kiyevə enerji dəstəyini müzakirə edəcəklər.

Azpost.info xəbər verir ki, Aİ-nin yüksək rütbəli rəsmisi bu barədə Brüsseldə jurnalistlərə bildirib.

“Nazirlər Ukraynaya hərbi yardım və Ukraynaya enerji dəstəyini müzakirə edəcəklər”, – o deyib.

Diplomatın sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa videokonfrans vasitəsilə Aİ Şurasının iclasında iştirak edəcək. O, cəbhədəki vəziyyət və Ukraynanın ehtiyacları barədə avropalı nazirləri məlumatlandıracaq.

XİN başçıları Avropa Sülh Fondu çərçivəsində Ukraynaya yardımın 8-ci tranşının açılması məsələsini də müzakirə edəcəklər. Bundan başqa, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə məsələsinə də baxılacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.