Avropa İttifaqı (Aİ) Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə DPA agentliyi Aİ diplomatlarına istinadən yazıb.
Mənbənin sözlərinə görə, diplomatlar bu barədə Aİ xarici işlər nazirlərinin Lüksemburqdakı müvafiq qərarından sonra məlumat veriblər.
Məhdudiyyətlər bu silahların istehsalı və təchizatı ilə məşğul olan şirkətlərə, qurumlara və şəxslərə şamil ediləcək.
Siyahı Aİ-nin rəsmi jurnalında dərc olunacaq. Bizneslərə sanksiya tətbiq edilmiş şirkətlər və şəxslərlə iş aparmağa icazə verilməyəcək. Bundan başqa, onların Aİ-dəki aktivləri dondurulacaq və Avropa İttifaqına girişi qadağan ediləcək.
Azpost.info