Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.
Bu barədə “Glavkom” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Xarkov yaxınlığındakı yaşayış məntəqəsində baş verib. Mülki geyimli silahlı şəxs Ukrayna ordusunun 72-ci briqadasının hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb, nəticədə beş hərbçi ölüb.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilir.