“Ailəmin yenidən birləşməsi üçün səy göstərirəm” –Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyanla yenidən görüşməsinə münasibət bildirib.

Ermənistan mediasının xəbərinə görə, Paşinyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, ailənin yenidən birləşməsi üçün səylər göstərir və belə bir imkanın yaranmasından məmnundur.

“Anna açıqlama verəndə mən bu qərara hörmət etdiyimi bildirdim, amma bu qərarla razı olduğumu demədim və təbii ki, bu məntiqlə qeyd etdiyiniz tədbirin baş tutması üçün də səylər göstərdim. Bunun baş verməsindən məmnunam və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə xoşbəxtəm”, – Nikol Paşinyan Gümrüdə avtomobil yürüşündə Anna Akopyanla birlikdə iştirak etməsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.