Alek Bolduin çəkiliş zamanı həlak olan operatorun ailəsi ilə razılığa gəlib

Amerikalı aktyor Alek Bolduin “Rust” (“Pas”) filminin çəkiliş meydançasında həlak olan ukrayna əsilli operator Qalina Hatçinsin ailəsi ilə razılığa gəlib.

Bu barədə çərşənbə günü aktyorun vəkili bəyanat yayıb.

O, bildirib ki, razılaşmanın bir hissəsi olaraq, işə xitam veriləcək.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 21-də Bolduin “Pas” filminin çəkiliş meydançasında epizodu məşq edərkən həqiqi güllə ilə dolu tapançadan atəş açıb. Nəticədə Ukrayna əsilli operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.( TASS)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.