Alen Delonun oğlu bacısını polisə verib –Atasının səhhəti ilə məlumatı gizlədib

Məşhur fransız aktyoru Alen Delonun oğlu Antoni bacısı Anuşkanı atalarının səhhəti ilə bağlı həqiqəti gizlətməkdə ittiham edib.

Azpost.info bildirir ki, “Paris Match” jurnalına müsahibə verən Antoni deyib ki, bacısı atasının səhhətini ondan və qardaşından gizlədib.  Belə ki, Alen Delon 2019-2022-ci illərdə İsveçrədəki klinikalardan birində 5 idrak testi verib və heç birindən keçə bilməyib. Bacıları isə bunu qardaşlarına bildirməyib.

Antoni Delon əmindir ki, bu məlumatı gizlətmək ulduz atanı psixoloji zəiflik və asılılıq vəziyyətinə salır. O, həmçinin Anuşkanın klinikada əlaqə saxlanılacaq yeganə adam kimi göstərib. Antoni bacısının aktyorun səhhətindəki problemlər barədə susmaqla öz maraqlarından çıxış etdiyini açıqlayıb.

Oğlunun sözlərinə görə, o, artıq bu barədə polisə müraciət edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.