Alina Kabayeva uzun müddətdən sonra Moskvada görünüb –FOTOLAR

Uzun müddətdir ictimaiyyət arasında görünməyən gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın hazırda Moskvada olduğu üzə çıxıb.

Azpost.info xəbər verir ki, Kabayeva Rusiya paytaxtında keçiriləcək “Alina” Bədii Gimnastika Festivalının məşqində görünüb. Festival sabah Petrovski parkındakı “VTB Arenada” başlayacaq.

Kabayevanın fotolarını məşqçilərdən biri “İnstagram”da paylaşıb. Ukrayna mətbuatı onun idman tədbiri üçün seçdiyi geyimə diqqət çəkib. Jurnalistlər tanınmış gimnastın italyan markası “Brunello Cucinelli”dən geyindiyini, təkcə idman ayaqqabısının qiymətinin 1130 dollar olduğunu yazıblar.

“Alina” festivalı Alina Kabayeva Xeyriyyə Fondunun ən böyük layihəsidir. Fond 2009-cu ildən etibarən hər il festivallar keçirir. Rusiyadan və digər ölkələrdən gənc idmançını bir araya gətirən xeyriyyə tədbirinin əsas məqsədi gənclər arasında idmanın, xüsusən də bədii gimnastikanın populyarlaşdırılmasıdır.

Xatırladaq ki, Kabayevanın adı Rusiya prezidenti Vladimir Putinin sevgilisi kimi hallandırılır və cütlüyün övladlarının olduğu iddia edilir. Mətbuatın yazdığına görə, Kabayeva uşaqları ilə birlikdə İsveçrədə yaşayır.

Azpost.info

Əvvəlki məqalə

Zəfər Qurultayında diasporun vəzifələri müzakirə edilib

Sonrakı məqalə

Dünən ölkədə 12 nəfər koronavirusa yoluxub