Rusiyalı estrada ulduzu Alla Puqaçovanın Moskva vilayətindəki bağ evi ayda iki milyon rubla icarəyə verilib.
Azpost.info xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı yazıb.
Kanal qeyd edir ki, müğənni malikanəni sata bilmədiyi üçün onu əmlakın saxlanması ilə bağlı itkiləri kompensasiya etmək üçün icarəyə verib.
Söhbət Malye Berejki kottec kəndində, Moskva Dairəvi yolundan 45 kilometr aralıda, sahəsi 760 kvadratmetr olan üçmərtəbəli malikanədən gedir. 80 sot ərazidə yerləşən mülkün dəyəri 150 milyon rubl qiymətləndirilir. Bundan əvvəl malikanə 225 milyona satışa çıxarılsa da, alıcısı olmamışdı.
2014-cü ildən bəri mülkün rəsmi sahibi Puqaçovanın nəvəsi Nikita Presnyakovdur. O, ailəsi ilə birlikdə ABŞ-da yaşayır.
Azpost.info

