Alla Puqaçova Rusiyaya qayıdıb

SSRİ xalq artisti, məşhur estrada müğənnisi Alla Puqaçova Rusiyaya qayıdıb. O, yeni mahnı yazdırmaq üçün Tverə gəlib.

Azpost.info bildirir bu barədə “İzvestiya” səsyazma studiyasının əməkdaşlarına istinadən məlumat yayıb.

Yerli sakinlər sənətçinin qara Rolls-Royce avtomobilini noyabrın 3-də görüblər. Maşın səsyazma studiyasının girişindən bir qədər aralıda dayanıb, onun əməkdaşları Puqaçovanın mahnı yazdırdığını deyiblər.

Primadonna uzun müddət xaricdə qaldıqdan sonra noyabrın 2-də Rusiyaya qayıdıb. Puqaçova, əri Maksim Qalkin və uşaqları keçən il Ukraynada müharibə başlayandan az sonra ölkəni tərk ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.