Alla Puqaçova Ukrayna ordusunu maliyyələşdirməkdə şübhəli bilinir

Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovanın Ukrayna ordusunu maliyyələşdirməsini yoxlanılması üçün Baş Prokurorluğa müraciət edib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Borodinin sözlərinə görə, Rusiyanı tərk edən müğənni xüsusi hərbi əməliyyatı pisləyir, ölkədən gedən, Ukrayna ordusuna maliyyə dəstəyi verən sənətçiləri isə dəstəkləyir.

“Sizdən xahiş edirəm, Alla Borisovna Puqaçovanı Ukrayna Silahlı Qüvvələrinə maddi yardım göstərməsi ilə bağlı yoxlayasınız”, – müraciət müəllifi bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Teatrların formatı dəyişməli, özəl teatrlara üstünlük verilməlidir”

Sonrakı məqalə

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsal ediləcək