“Teatrların formatı dəyişməli, özəl teatrlara üstünlük verilməlidir”- Xalq artisti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar. Bu adamların özlərini realizə etmələrinə imkan yaradılmır.

Bu sözləri “M-Teatr”ının rəhbəri, Xalq artisti Vidadi Həsənov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

Fikirlərinə davam edən Xalq artisti söyləyib: “Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişilməlidir. Özəl teatrlara üstünlük verilməlidir. Hansı sahədə özəl fəaliyyət varsa, orada inkişaf var. Çünki rəqabət olmayan yerdə inkişaf da ola bilməz. Buna görə yeni özəl teatrlar yaranmalıdır. Bakıda 17 müstəqil teatr fəaliyyət göstərir. Onlardan cəmi ikisinin binası var. Qalanları orda-burda tamaşalar hazırlayıb, göstərirlər”, – deyə Xalq artisti söyləyib.

Əvvəlki məqalə

Şəhid olan hərbçimiz Şahbuzda dəfn olunub

Sonrakı məqalə

Alla Puqaçova Ukrayna ordusunu maliyyələşdirməkdə şübhəli bilinir