Alla Puqaçova uşaqları ilə birlikdə Latviyaya gəlib

SSRİ Xalq artisti Alla Puqaçova İsraildən Latviyaya uçub.

Bu barədə “PeopleTalk” öz “Telegram” kanalında məlumat yayıb.

Jurnalistlər Alla Puqaçovanın övladları 8 yaşlı Liza və Harri və dayə ilə birlikdə Latviyanın Yurmala kurort şəhərində çimərlikdə gəzdiyi videonu əldə edib. Videoda Maksim Qalkin onların yanında olmayıb.

Məlumdur ki, iyunun 22-də Maksim Qalkinin İsrailə konsert turu başa çatıb. Avqustun 5-dən 13-dək şoumenin Latviyanın Liepaya, Yurmala, Tallinn, Jıxvi və Rezekne kimi şəhərlərində konsertləri planlaşdırılıb.

Alla Puqaçova və Maksim Qalkinin övladları ilə birlikdə Rusiyaya dərs ilinin əvvəlinə qayıdacağı gözlənilir. Sentyabrda Liza və Harri Qryazi kəndindəki ailə qəsrinin yaxınlığında yerləşən Birinci Moskva Gimnaziyasının üçüncü sinfinə gedəcəklər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.