Alla Puqaçovanın keçmiş həyat yoldaşı vəfat edib

SSRİ Xalq artisti Alla Puqaçovanın keçmiş həyat yoldaşı, rejissor Aleksandr Stefanoviç həkimlərin səyinə baxmayaraq “Baxruşının” xəstəxanasında vəfat edib.

TASSc xəbər verir ki, A.Stefanoviç koronavirusdan dünyasını dəyişib.

Əvvəl ev şəraitində müalicə olunsa da, vəziyyəti pisləşdiyindən iyulun 5-də xəstəxanaya yerləşdirilib. Koronavirusun ağ ciyərini zədələməsi səbəbindən ölüb.
Rejissorun harada və nə vaxt dəfn ediləcəyi açıqlanmayıb.
Qeyd edək ki, Stefanoviç Alla Puqaçova ilə əməkdaşlığa başladıqdan sonra məşhurlaşmışdı. 1977-ci ildə o, Alla ilə evlənib. Lakin evlilik uzun sürməyib, 1981-ci ildə cütlük ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanında ilk dəfə qadın polis mətbuat konfransını idarə edib –

Sonrakı məqalə

“Nazir olanda Bakıya tez-tez gəlirdim, gözəl şəhərdir” –