“Nazir olanda Bakıya tez-tez gəlirdim, gözəl şəhərdir” –Kaxa Kaladze

Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb. Son vaxtlarda Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib.

Bu sözləri Bakıya səfərə gələn Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə verdiyi müsahibədə deyib.

Ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verildiyini söyləyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib.

Gürcüstan paytaxtının meri, həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək, şəhərdə görülən quruculuq, yaşıllaşdırma və abadlıq işlərinə yüksək qiymət verib: “Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alla Puqaçovanın keçmiş həyat yoldaşı vəfat edib

Sonrakı məqalə

AXCP sədri Əli Kərimlinin anası vəfat edib