Allahşükür Paşazadə qan verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qan verib.

Allahşükür Paşazadə QMİ-də qan verib. Eyni zamanda, dini konfessiya rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev də qan verib.

Qeyd edək ki, bu gün Aşura günüdür. Məhərrəm ayı iyulun 19-da başlayıb. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.

Əvvəlki məqalə

Qərbi Azərbaycan İcması Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb

Sonrakı məqalə

“Vaşinqton nüvə silahından istifadə edərsə…”