Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək.

İdarədən APA-ya bildirilib ki, səfər çərçivəsində QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək.

Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2020-cu ilin payızında Şərqi Avropada – Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq.

Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının sessiyasında iştirak edəcək A. Paşazadə beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrə dair müzakirələrə qatılacaq.

Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədri A. Paşazadənin krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DSMF-də yeni idarələr yaradıldı

Sonrakı məqalə

“REAL” TV iki əməkdaşı ilə yollarını ayırdı –