“REAL” TV iki əməkdaşı ilə yollarını ayırdı –Ləman Ələşrəfqızı və Afət Telmanqızı işdən azad olunub

“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb. 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib: “Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”.

Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.

Azpost.info-nun əldə etdiyi məlumata görə, REAL TV-nin digər əməkdaşı, deputatlığa namizəd olmuş Afət Telmanqızı ilə də iş müqaviləsini uzatmayıb. Məlumata görə, Ləman Ələşrəfqızının, Afət Telmanqızının işdən getməsinə səbəb seçkilərdə iştirak və onun nəticələrinə münasibətlərini ifadə etmələri olub.

Afət Telmanqızı Yenisabah.az-a açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: Ya yazdıqlarınızı silin, ya da işdən çıxın. “Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyə üstünlük verdik. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur”, – deyə Afət Telmanqızı bildirib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

Sonrakı məqalə

Elazığda yenidən zəlzələ olub