Alman kəşfiyyatı qiyam günü Priqojinlə Lukaşenkonun danışıqlarını dinləyib

Almaniya Federal Kəşfiyyat Xidməti (BND)Rusiyada bu yaxınlarda baş vermiş çevriliş cəhdi zamanı “Vaqner”in rəhbəri Yevgeni Priqojin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında  danışıqları dinləyib.

Azpost.info-nun məlumatına görə, bu barədə ARD mediaqrupuna daxil olan WDR и NDR radiosunun jurnalistlərinin araşdırmasında deyilir.

Ötən həftə “Spiegel” nəşri öz mənbələrinə istinadən xəbər verib ki, 23-24 iyun tarixlərində Rusiyada silahlı üsyana cəhd barədə xüsusi xidmət orqanlarının məlumatsız olması iddiası ilə BND-də daxili yoxlama başlayıb. BND Rusiyadakı vəziyyətlə bağlı gec xəbər verdiyinə görə tənqid edilib.

“BND-nin Rusiyada dövlət çevrilişinə cəhd barədə əvvəl ona məlum olanlardan daha yaxşı informasiyaya malik olduğunu demək olar.  WDR və NDR təhqiqatına görə, alman xüsusi xidməti  Priqojin və Lukaşenko arasında gedən danışıqları izləyib”-deyə araşdırmada bildirilir.

Məlumatda bildirilir ki, BND birbaşa mənbələrlə Belarus prezidentinin vasitəçilik rolunu öyrənib.

Kəşfiyyat xidmətinin nümayəndəsi bu məlumatları şərh etməkdən imtina edib.

WDR və NDR jurnalistlərinin təhqiqatında həmçinin iddia olunur ki, BND hadisədən təxminən bir həftə əvvəl Priqojinin  üsyan edə biləcəyindən şübhələnib və tərəfdaşları ilə məlumatı yoxlamağa çalışıb. Lakin buna nail olmayıb. Jurnalistlər qeyd edirlər ki, bu səbəbdən Rusiyada baş verə biləcək üsyan barədə kansler ofisinə məlumat verilməyib. Buna baxmayaraq, BND yenə də üsyan başlamazdan dərhal əvvəl, iyunun 23-də axşam Rusiyada baş verən hadisələr barədə Almaniya hökumətinə məlumat verib.

Azpost.info

Əvvəlki məqalə

Albaniya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sonrakı məqalə

BMT Ukraynadakı müharibədə 9 min dinc sakinin öldüyünü təsdiqləyib