BMT Ukraynadakı müharibədə 9 min dinc sakinin öldüyünü təsdiqləyib

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 535-i uşaq olmaqla, azı 9177 mülki şəxs həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

Ölənlər arasında 4202 kişi və 2506 qadın, 225 qız və 281 oğlan, həmçinin cinsiyyəti hələlik məlum olmayan 29 uşaq və 1934 böyük var.

Mülki əhali arasında yaralananların sayı 15 993 nəfər olub, onlardan 1095 nəfəri uşaqdır. Beləliklə, mülki vətəndaşlar arasında itkilərin ümumi sayı 25170 nəfərə çatıb.

BMT qeyd edir ki, Ukraynada mülki vətəndaşların faktiki sayı daha çoxdur, çünki bir çox hesabat hələ də təsdiqini gözləyir. Xüsusilə, BMT hələ Mariupol, Lisiçansk, Popasna və Severodonetsk kimi işğal olunmuş şəhərlərdən dəqiq məlumat ala bilmir.

Azpost.info

Əvvəlki məqalə

Alman kəşfiyyatı qiyam günü Priqojinlə Lukaşenkonun danışıqlarını dinləyib

Sonrakı məqalə

Blinken Britaniya, Litva və İndoneziyaya səfər edəcək