Almaniya Belarus müxalifətçilərinə sığınacaq verəcək

12 Fevral 2021 - 10:00

Almaniya Federativ Respublikası (AFR) Belarus müxalifətçilərini qəbul etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Süddeutschen Zeitung” qəzeti AFR-in Daxili İşlər Nazirliyinin sənədinə istinadən bildirib.

Məlumata görə, sığınacaq alacaq şəxslərin sayı 50 nəfərə qədərdir.

“Onlar yaxın vaxtlarda qəbul edilməlidir”, – AFR-in Daxili İşlər Nazirliyinin sənədində deyilir.

Nazirlikdə vurğulayıblar ki, bu, ölkənin qəbul etməyə hazır olduğu vətəndaşların maksimal sayı deyil. Daxili İşlər Nazirliyi sığınacaqla bağlı hər məsələyə ayrılıqda baxacaq.