Almaniya Federativ Respublikası (AFR) Belarus müxalifətçilərini qəbul etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Süddeutschen Zeitung” qəzeti AFR-in Daxili İşlər Nazirliyinin sənədinə istinadən bildirib.
Məlumata görə, sığınacaq alacaq şəxslərin sayı 50 nəfərə qədərdir.
“Onlar yaxın vaxtlarda qəbul edilməlidir”, – AFR-in Daxili İşlər Nazirliyinin sənədində deyilir.
Nazirlikdə vurğulayıblar ki, bu, ölkənin qəbul etməyə hazır olduğu vətəndaşların maksimal sayı deyil. Daxili İşlər Nazirliyi sığınacaqla bağlı hər məsələyə ayrılıqda baxacaq.