Almaniya NATO sammitində Kiyevə yeni hərbi yardım paketini- AÇIQLADI

Almaniya Ukraynaya 700 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Vilnüsdə keçirilən NATO sammitində bildirib.

Bu paketə iki “Patriot” hava hücumundan müdafiə sistemi, 40 “Marder” piyada döyüş maşını, 25 Leopard 1 A5 tankı və digər hərbi texnika daxildir.

Bu məlumat Almaniya Müdafiə Nazirliyinin saytında da dərc olunub.

“NATO-nun Vilnüs sammitində Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrinə daha bir geniş dəstək paketi elan edəcək”, – məlumatda bildirilir.

Kiyev həmçinin Almaniyadan 5 təmir-bərpa zirehli texnikası, 20 min ədəd artilleriya sursatı, 5 min ədəd 155 mm-lik tüstü mərmisi və minatəmizləmə texnikası alacaq.

Azpost.info

Əvvəlki məqalə

Görünür ki, Ukraynanı NATO-ya üzv etməyə hazırlıq yoxdur –

Sonrakı məqalə

Rusiya İsveçin NATO-ya daxil olmasına necə cavab verəcək?