Görünür ki, Ukraynanı NATO-ya üzv etməyə hazırlıq yoxdur –Zelenski

“Biz müttəfiqlərimizi, ortaq təhlükəsizliyimizi qiymətləndiririk. Və biz açıq söhbəti həmişə təqdir edirik. Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitində təmsil olunacaq. Çünki söhbət hörmətdən gedir”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter” hesabında bildirib.

“Ancaq Ukrayna da hörməti haqq edir. İndi Vilnüsə gedərkən bizə siqnallar gəldi ki, Ukraynasız müəyyən ifadələr (çağırışlar) müzakirə olunur. Bu ifadənin Ukraynanın üzvlüyünə deyil, NATO-ya üzv olmağa dəvətlə bağlı olduğunu vurğulamaq istəyirəm. Nə dəvət, nə də Ukraynanın üzvlüyü üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş haldır və absurddur. Eyni zamanda, hətta Ukraynanı dəvət etmək üçün “şərtlər” haqqında qeyri-müəyyən ifadələr əlavə olunur. Görünür, Ukraynanı nə NATO-ya dəvət etməyə, nə də onu Alyansa üzv etməyə hazırlıq var. Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət pəncərəsi qalır. Rusiya üçün isə bu terrorunu davam etdirmək üçün motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”, – Zelenski vurğulayıb.

Əvvəlki məqalə

“Vaqner”in Belarusda nə edəcəyi məlum oldu

Sonrakı məqalə

Almaniya NATO sammitində Kiyevə yeni hərbi yardım paketini