Almaniya polisi milyarder Fərhad Əhmədovun 230 milyonluq yaxtasına basqın edib

Almaniya hüquq-mühafizə orqanları sanksiyaların pozulması ilə bağlı araşdırma çərçivəsində rusiyalı biznesmenin yaxtasına basqın təşkil edib.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” Frankfurt prokurorluğuna istinadən yazıb.

Yaxta məxfilik səbəbindən adı açıqlanmayan 67 yaşlı sahibkara məxsusdur. Almaniya hakimiyyəti iş adamının yalnız yaşını, həmçinin yaxtasının ölkənin şimalında yerləşdiyini və ona ötən ilin aprelində sanksiya tətbiq edildiyini açıqlayıb.

“Mash” Telegram kanalı yaxtanın sahibinin keçmiş rusiyalı senator və milyarder Fərhad Əhmədov olduğunu ehtimal edir. Axtarışlar onun 230 milyon dollar dəyərində olan 115 metrlik “Luna” yaxtasında aparılır.

Avropa İttifaqı 2022-ci ilin aprelində Əhmədova qarşı sanksiyalar tətbiq edib, onun Aİ səlahiyyətliləri tərəfindən həbs edilən gəmisi Hamburqda saxlanılır.

Əhmədova qarşı sanksiyalar tətbiq edərkən Avropa İttifaqı hesab edib ki, milyarder Kremlə yaxındır və iqtisadiyyatın Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən sektorlarında çalışan aparıcı biznesmendir.

Milyarder ona qarşı tətbiq edilən sanksiyalara məhkəmədə etiraz edib. Müdafiə tərəfi israr edir ki, iş adamı artıq Rusiyanın enerji sektorunda işləmir, Kremlə yaxın olmayıb və heç vaxt Putinin ətrafına daxil olmayıb.

Azpost.info

Əvvəlki məqalə

Ailədə psixoloji zorakılıq əleyhinə tədbir keçirilib

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ Prezidentinin müşaviri Sallivanla görüşdü