Almaniya XİN başçısı Rusiyanı “təhlükəsizliyə ən böyük təhdid” adlandırıb

“Rusiya Avropanın təhlükəsizliyinə ən böyük təhdid olaraq qalır”.

Azpost.info “Der Standard” nəşrinə istinadən bildirir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Berbok çıxışında bildirib.

Annalena Barbok xəbərdarlıq edib ki, NATO Ukraynanı dəstəkləməyə davam etməlidir.

“Yaxın gələcək üçün Rusiya Avropada təhlükəsizliyimiz və azadlığımız üçün ən böyük təhdid olaraq qalacaq. Qərb azadlığı və demokratiyanı qorumaq üçün hərəkətə keçməlidir. Biz bunu seçməmişik”-deyə nazir vurğulayıb.

Baerbokun sözlərinə görə, bu məsələdə xüsusi məsuliyyət Almaniyanın üzərinə düşür. O deyib ki, Berlin Rusiyaya qarşı siyasəti sayəsində itirilmiş etimadı bərpa edə bilib.

 

Əvvəlki məqalə

Zelenski Rusiya ilə danışıqlarda vasitəçi dövlətlərin adını açıqladı

Sonrakı məqalə

Ağsu və Kürdəmirdə qaz təchizatında fasilə yaranacaq