Almaniyada islama qarşı olan siyasətçini mitinqdə bıçaqladılar –VİDEO

Almaniyanın Mannheim şəhərində naməlum şəxs mühafizəkar siyasətçi Mixael Ştürzenberqerə bıçaqla hücum edib.

Azpost.info Bild-ə istinadən bildirir ki, Almaniya polisinin verdiyi məlumata görə, hücum təxminən saat 11:35-də Ştürzenberqerin “Pax Europa” hərəkatının təşkil etdiyi mitinqdə çıxışı zamanı baş verib.

Həmin şəxs siyasətçiyə bıçaqla hücum edib. Bundan sonra onu saxlamağa çalışan yoldan keçənlərin əlindən qaçıb, polislərdən birini isə kürəyindən yaralayıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edəni dayandırmaq üçün odlu silahdan istifadə ediblər.

Stürzenberger İslamın tənqidçisidir. O, Almaniyada Münhendə məscid tikintisinə qarşı petisiyaya imza toplamaqla şöhrət qazanıb. O, həmçinin iki dəfə – polis əməkdaşını təhqir etdiyinə və dini nifrət təbliğinə görə məhkum edilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.