“NİDA”çı Bayramın qardaşı həbsdə niyə ölüb?- RƏSMİ

NİDA Vətəndaş Hərəkatının üzvü, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasının ölümündə şübhəli bilinərək həbs edilən qardaşı Elvin Məmmədovun ölüm səbəbi məlum olub.

 

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, avqustun 21-də saat 14:40 radələrində 1992-ci il təvəllüdlü kişi şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəxsin bioloji ölümü avqustun 23-də saat 16:00 radələrində qeydə alınıb

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.