Almaniyada NATO-nun hərbi dəniz taktiki qərargahının açılışı olub

Almaniyanın şimalında yeni NATO hərbi dəniz taktiki qərargahının açılışı olub.

Azpost.info xəbər verir ki, açılışda Almaniyanın müdafiə naziri Boris Pistorius da iştirak edib.

“Almaniya Baltik dənizində məsuliyyəti öz üzərinə götürür. Beləliklə, NATO-nun yeni çoxmillətli dəniz taktiki qərargahı Baltik dənizi regionunda döyüş hazırlığını gücləndirməyə çalışan Şimali Atlantika Alyansının vəzifələrini yerinə yetirəcək. Qərargaha Almaniyanın 160 donanma personalı daxildir”, – nazir deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.