Almaniyada üzərində  “Artsax Respublikası” yazılmış avro hazırlanıb –Gələn həftə təqdim olunacaq (FOTO)  

C

 Ermənistan Almaniyada üzərində “Artsax Respublikası” yazılmış qondarma “DQR”-lə bağlı simvolik “0” məbləğində  suvenir  avro sifariş verib.

Azpost.info bildirir ki, banknot Almaniyada yerləşən şirkət tərəfindən hazırlanıb. Bu şirkət Avropa Bankı ilə bağlıdır. Simvolik avro 11 noyabrda beş min tirajla buraxılacaq.  Avronun üzərində ermənilərin Qarabağın simvolu hesab etdikləri “Biz və Dağlar” heykəli əks olunub.

Sifarişi hazırlayan Almaniya şirkəti “Artsax”ın mübahisəli rayon olduğunu qeyd edib və “siyasi cəhətdən Ermənistanın bir hissəsi olmasına baxmayaraq Azərbaycan tərəfindən işğal olunduğunu” yazıb.(?)

Yəqin Azərbaycanın Almaniyadakı səfirliyi bununla maraqlanacaq.

Azpost.info

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir