Almaniyada zibillikdən XVII əsrə aid rəsm əsərləri tapılıb –

FOTO
21 İyun 2021 - 08:49

Almaniyada A7 avtomagistralındakı zibil yeşiklərindən XVII əsrə aid iki ədəd rəsm əsəri tapılıb.

Bu barədə Köln polis idarəsi məlumat yayıb.

Məlumata əsasən, portretlərdən biri Rembrantın şagirdi olmuş nidrlandlı Semuel van Qoqstratenin, digəri isə italiyalı rəssam Pyetro Belottinin əl işləridir.

Əsərlər avtomagistraldan keçən 64 yaşlı kişi tərəfindən aşkar olunub və polisə təhvil verilib.

Hazırda hüquq-mühfizə orqanları onların sahibini axtarır.