Almaniyanın yeni müdafiə nazirinin adı açıqlandı- “Spiegel” (FOTO)

 Boris Pistorius Almaniyanın yeni müdafiə naziri olacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

63 yaşlı Pistorius Almaniyanın Aşağı Saksoniya federal əyalətinin daxili işlər naziri vəzifəsini tutur.

“Spiegel” dünənki məlumatında müdafiə naziri vəzifəsinə mümkün namizədlər arasında Almaniya Federal Kanslerinin departament rəhbəri Volfqanq Şmidt və Almaniya Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbeylin adını çəkmişdi.

Qeyd edək ki, 57 yaşlı müdafiə naziri Kristin Lambrext dünən istefa ərizəsi ilə kansler Olaf Şoltsa müraciət edib. O bildirib ki, mediada davam edən tənqidlər onun nazir kimi fəaliyyətini davam etdirməsini qeyri-mümkün edir.

Tənqidçilər və müxalifətdəki xristian demokratlar onu səriştəsizlikdə, Bundesverin yenidən təchizi prosesində lənglikdə və ictimai çıxışlarda uğursuzluqda ittiham edirdilər.

Keçmiş kansler Angela Merkelin kabinetində ədliyyə naziri, eyni zamanda Ailə, Qadın və Gənclər naziri vəzifəsində çalışan Kristin Lambrext müdafiə naziri postuna 2021-ci ilin dekabrında gətirilmişdi.

Şolts dünən Lambrextin istefasını qəbul etdi.

Azpost.info

Əvvəlki məqalə

Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi-

Sonrakı məqalə

“Nümunə göstərmək istəyirəm…”