“Amazon” məhkəməyə verilib- Yumurtanı süni bahalaşdırdığına görə

ABŞ-ın 3 böyük ərzaq pərakəndə satış şirkətinə – “Amazon” (Whole Foods), “Walmart” və “Cotsco”ya yumurta qiymətlərini öz aralarında müəyyənləşdirdikləri iddiası ilə San-Fransisko şəhərində məhkəmə işi açılıb.

“Report” “Los Angeles Times”a istinadən xəbər verir ki, hazırda ABŞ-da yumurtanın qiyməti 2 dəfə artıb, bəzi mağazalarda isə kvota ilə satılır.

Bu il martın 2-də dənəsi 1,55 dollara olan yumurtanın martın 27-də 3,66 dollara qədər bahalaşıb.

“Məhkəmə prosesi ilə bağlı şərh verə bilmərəm, amma deyə bilərəm ki, biz yumurtanın qiymətini qaldırmamışıq”, – “Walmart” rəsmisi Trader Joe’s “Bloomberg”ə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BP “OPEC+” ölkələrində hasilatı azaldacaq

Sonrakı məqalə

Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi yekunlaşıb