“Amazon” şirkətinin rəhbəri kosmosa ucacaq:“Beş yaşından səyahət etməyi arzulamışam"

“Amazon” və aerokosmik “Blue Origin” şirkətinin qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos qardaşı Mark ilə birgə kosmosa uçacaq.

Interfax informasiya agentliyi xəbər verir ki, uçuş iyulun 20-də “Blue Origin” kompaniyası tərəfindən hazırlanan “New Shepard” kosmik gəmisi ilə baş tutacaq. “New Shepard” yer atmosferindən kənarda qısa suborbital turist uçuşları üçün nəzərdə tutulan birpilləli raketdir. Kosmik gəminin sərnişin bölməsində altı nəfərlik oturacaq və Yer səthini müşahidə etmək üçün dörd illüminator var. “Blue Origin” kompaniyası raketi dəfələrlə sınaqdan keçirib, lakin sınaqlarda insanlar iştirak etməyib.

“Beş yaşından bəri kosmosa səyahət etməyi arzulamışam. İyulun 20-də bu səyahəti qardaşımla birgə həyata keçirəcəyəm. Ən yaxşı dostumla ən böyük macəra”, – deyə Ceff Bezos özünün İnstaqram səhifəsində yazıb.

İyulun 20-də raket onlarla kilometr yüksəyə qalxacaq. Bundan sonra kosmik turistləri daşıyan aparat raketdən ayrılacaq və kosmosun 100 kilometr yüksəklikdə yerləşən şərti sərhədini keçəcək. Sərnişinlər bir müddət çəkisizlik şəraitində qalacaq. Sonra kapsul paraşütün köməyi ilə enməyə başlayacaq. Eyni zamanda, aparatdan ayrılan pillə şaquli eniş həyata keçirəcək.

Kosmik səyahətə, həmçinin bir sərnişin yeri uğrunda iyunun 10-da başa çatacaq online hərracın qalibi də qatılacaq. Hazırda kosmosa bilet üçün ən yüksək təklif 2,8 milyon dollar təşkil edib. Qalib iyunun 12-də məlum olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kitab oğurluğunda təqsirləndirilən Elməddin Süleymanlı açıqlama verib

Sonrakı məqalə

Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib