Kitab oğurluğunda təqsirləndirilən Elməddin Süleymanlı açıqlama verib

Kitab oğurlamaqda təqsirləndirilən iki şəxsdən biri – Elməddin Süleymanlı məsələyə aydınlıq gətirib.

Kulis.az-ın verdiyi xəbərə görə, E. Süleymanlı müzakirəyə çevrilən olayla bağlı video-müraciət yayıb. Bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitab verilib və onlar bəraət alıblar. E. Süleymanlı sözügedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. Bildirib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib.

Məlumata görə, Elməddin Süleymanlı Türkiyə universitetlərindən birində kino təhsili alıb, bir neçə sənədli filmin, qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir. Hazırda tammetrajlı filmin çəkilişləri ilə məşğuldur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu gün paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb.

Məlumata görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Elməddin Süleymanlının video-müraciətini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Amazon” şirkətinin rəhbəri kosmosa ucacaq: