AMİP YAP və müxalifətin dəvət olunduğu müzakirələrə qatılmayacaq –AÇIQLAMA

AMİP sabaha təyin olunmuş iqtidar və müxalifət partiyalarının Dəyirmi Masasında iştirak etməyəcək.

Bu barədə Azpost.info-ya partiyanın katibi Əli Orucov məlumat verib.

Onun sözlərinə görə, Ana Vətən Partiyasından dəvətlə bağlı müzakirə aparmaq üçün Siyasi Şura dünən iclasını keçirib. Dəvət olacağı təqdirdə iştirakla bağlı müxtəlif fikirlər olsa da sonda  Siyasi Şura qərara gəlib ki, AMİP-in rəsmən dəvət edilmədiyinə görə iştirakı məqbul hesab edilməsin.

“Lakin bu gün axşama yaxın AVP-nin mətbuat xidmətindən zəng edilərək tədbirə dəvətli olduğumuzu bildirdilər.  Daha sonra Fəzail Ağamalı telefonla zəng vurdu.  Artıq bu dəvət gec olduğundan Siyasi Şuranın müzakirəsinə çıxarmaq mümkün olmadı. Ona görə də bu tədbirdə AMİP iştirak etməyəcək. Vaxtında dəvət göndərilsəydi yəqin ki, olumlu addımlar atıla bilərdi. Buna baxmayaraq bu cür görüşləri faydalı hesab edirəm. və inanmaq istərdim ki, müsbət nəticələri olsun”-deyə Ə.Orucov bildirib.

Qeyd edək ki, sabah  Yeni Azərbaycan Partiyası (YAP) da daxil olmaqla siyasi partiyalara “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçiriləcək “dəyirmi masa”da iştirak üçün dəvət göndərilib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP və müxalifətin iştirakı ilə sabah Dəyirmi Masa keçiriləcək –  

Sonrakı məqalə

Dünya Mətbuat Şuralarının rəhbərləri Bakıya gəlir –