“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmənin hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla önlənməsi, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.
Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmənin hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TFF prezidenti ilə görüşdə Şünol Günəşin taleyinə aydınlıq gəlib

Sonrakı məqalə

Azərbaycanda bir neçə publik hüquqi şəxs yaradılıb –