TFF prezidenti ilə görüşdə Şünol Günəşin taleyinə aydınlıq gəlib

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir milli komandanın baş məşqçisi Şenol Günəş və məşqçi heyəti ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, toplantıda AVRO-2020-dəki uğursuz çıxış müzakirə olunub.

Həmçinin çalışdırıcının aqibəti də bəlli olub. Şenol Günəşə dəstək verən federasiya prezidenti onun postunda qalacağını, dünya çempionatına birlikdə yollanacaqlarını bildirib. Həmçinin 69 yaşlı çalışdırıcı da millini mundiala daşıyacağına söz verib.

Qeyd edək ki, Türkiyə yığması iki oyununu Bakıda keçirdiyi AVRO-2020-nin qrup mərhələsindəki hər üç matçında məğlub olaraq turnirlə vidalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hadrutda “Dəmir yumruq” heykəli qoyuldu –

Sonrakı məqalə

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmənin hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib