Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

User 04 Avqust 2026 - 17:16 (Last updated: 04 Avqust 2026 - 17:16)
anar esedli

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək bildirib ki, müvəkkili həmin şəxslərdən pulu borc olaraq alıb. Zərərçəkmiş qismində tanınan şəxslərdən 3-ü bunu ifadələrində də deyib.

Anar Əsədli bildirib ki, həmin şəxslərdən pulu borc olaraq alıb, dələduzluq niyyəti olmayıb.

Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmadığını, hökmün qanuni olduğunu deyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.

AzPost.az

Post navigation

Previous: ABŞ İranla bu gün və ya sabah razılıq əldə edə bilər
Next: İranla müharibə ABŞ-a baha başa gəldi

Oxşar xəbərlər

ronaldo
  • Sosial

Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını bitirdiyini açıqlayıb

User 05 Noyabr 2026 - 15:21
bolqaristan
  • Sosial

Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib

User 05 Noyabr 2026 - 15:17
pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52

xƏBƏR

gemi
  • Baş Yazı

Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır

User 05 Noyabr 2026 - 17:00
Helsinki Rayon Məhkəməsi “Fitburg” yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkonu 3 il 6 ay, həmin gəminin...
Read more about Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır
Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır neft kemer
  • Baş Yazı

Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır

User 05 Noyabr 2026 - 16:52
Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib raket rus
  • Dünya

Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib

User 05 Noyabr 2026 - 16:42
Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.