Anarın vəfat etmiş müavininin postu ləğv olunur –Digər vəzifə kimə həvalə edilib?

“Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur”. 

Bunu APA -ya AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, – Ç. Abdullayev vurğulayıb. 

O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğluna həvalə edildiyini də diqqətə çatdırıb: “Səlim Babullaoğlu həm AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olacaq”. 

Qeyd edək ki, AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri şair Abbas Abdulla bu yaxında vəfat edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hökumət ölkədə 565 min UŞAĞA pul verir –

Sonrakı məqalə

Məktəbli Elina Hacıyevanın intihar işinə xitam verilib –