Ancelina Colini bu məşhur filmdə başqa aktrisa əvəz edəcək

Billi Eyliş Ancelina Colinin simvolik rolu olan xanım Smiti yenidən canlandırmaq fikrindədir. Bildirilir ki, tanınmış müğənni bu serialda baş rola əsas namizəd olub.

Billi Eyliş “Mister və miss Smit” filmində baş rol üçün nəzərdə tutulub. Həmin film 2005-ci ildə Ancelina Coli və Bred Pittin iştirakı ilə çəkilib.

Serialın ilk mövsümü uydurma bir evliliyə girən və Con Smit, Ceyn Smit ləqəblərini götürən iki gizli agentlərdən bəhs edir. Bu serialda isə baş rolları Donald Qlover ilə Maya Erskine ifa ediblər. Yayılan bəzi məlumatlara görə, bu aktyorlar serialda çəkilməyə davam etməyi planlaşdırmırlar və hər mövsüm eyni antologiyanın yeni hissəsi olacaq.

“Deadline” nəşrinə görə, layihənin ikinci mövsümündə başqa aktyorlar da iştirak edəcək. Şayiələrə görə, məhz Billi şanslı olaraq Ceyn Smitin rolunu ala bilər. Hitə çevrilmiş bu “pis adam”-ın müğənnisinin hələ layihədə çəkilmək üçün rəsmi təklif alıb-almadığı isə dəqiq məlum deyil.

Qeyd edək ki, amerikalı müğənni, aktrisa Billi Eyliş “Barbi” və “Ölmək zamanı deyil” filmlərinin saundtreklərinə görə iki Oskar mükafatına layiq görülüb.

İki Hollivud ulduzu Bred Pitt və Ancelina Coli 2005-ci ildə ekranlaşdırılmış “Mister və miss Smit” filmində güclü rəqiblərin obrazlarını canlandırıblar. Eyni agentliyin ən yaxşılarından sayılan muzdlu qatillər, cütlüklər olan Con Smit ilə Ceyni Smitin rollarını canlandıran Pitt və Coli duetinin əvəzsiz olduğunu qeyd edən tənqidçilər bildiriblər ki, yeni versiyanın böyük uğur qazanması şübhə doğurur.

Müəyyən bir məqama çatıb lazım olan bu mərhələni keçəndəndən sonra və hazırlıq ərəfəsində işə keçən, bir-birlərini aradan qaldırmaq üçün tapşırıq almış ər-arvadın obrazlarının Bred Pittlə, həm də Ancelina Coli ilə bitdiyini düşünənlər də var.

2005-ci ildə lentə alınmış məhşur “Cənab və xanım Smit” bədii filminin motivlərinin əsasında həmin süjeti işləmək ideyasının və hazırlanmış yeni kino layihəsinin artıq mövcud olduğu məlumdur. Lakin bu yeni ekran əsərinin taleyi və gələcəyi hələ də sual altındadır.

Bütün söylənilənlərlə bərabər çoxlarının fikrincə, bu yeni, fərqli bir simanın gəlişi olacaq. Oskar mükafatına layiq görülmüş amerikalı məhşur müğənni və aktrisa, 23 yaşlı Billi Eylişin də kino ulduzu Ancelina Colinin canlandırdığı Smit rolunun böyük ustalıqla öhdəsindən gələcəyi deyilir.

Oqtay Qorçu

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.