“Ankara və Moskva tezliklə mühüm addımlar atacaqlar”- PUTİN

“Türkiyə və Rusiya Mərkəzi Banklarının rəhbərlərinin səfər zamanı planlaşdırılan görüşü milli valyutada qarşılıqlı hesablaşmalara keçid istiqamətində əhəmiyyətli addımdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

Rusiya prezidenti Putin də öz növbəsində qeyd edib ki, Ankara və Moskva tezliklə həm qaz, həm də digər sahələrdə mühüm addımlar atacaqlar.

O bildirib ki, Türkiyə və Rusiya liderləri Ukrayna böhranı və “taxıl sazişi”ni müzakirə edəcəklər. “Rusiya tərəfi bu danışıqlara açıqdır.

Rusiya prezidenti Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların tezliklə yekunlaşacağına ümid etdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Türkiyə ilə Rusiya arasında qarşılıqlı ticarətin həcmi 62 milyard dollardır”

Sonrakı məqalə

“Hazırda Rusiya turizmdə bizim üçün bir nömrədir”