“Hazırda Rusiya turizmdə bizim üçün bir nömrədir”- Türkiyə prezidenti

“Türkiyə ilə Rusiya arasında atılan ən mühüm addımlardan birinin turizm sahəsindəki inkişafdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

“Hazırda Rusiya turizmdə bizim üçün bir nömrədir. Bütün bunlarla yanaşı, təbii ki, bu səfərdə hər kəs taxıl dəhlizi məsələsinə baxır. Onlar buradan “taxıl sazişi”ndən nələrin çıxacağını gözləyirlər. İnanıram ki, bizim görüşümüzdən sonra mətbuat konfransında veriləcək mesaj dünyaya, xüsusən də inkişaf etməmiş Afrika ölkələrinə çox mühüm bir addım olacaq”, – Ərdoğan bildirib.

“Siz taxıl anlaşmasını gündəmə gətirəcəksiniz, biz bu danışıqlara açığıq”, – Putin deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ankara və Moskva tezliklə mühüm addımlar atacaqlar”

Sonrakı məqalə

“Dərdimizə dərman oldunuz”