Azərbaycan nümayəndə heyəti Atatürkün məqbərəsini ziyarət edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dekabrın 12-də Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri dahi dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər.

Elçin Quliyev məqbərənin fəxri qonaqlar kitabında ürək sözlərini yazıb, “Anıtkabir” muzeyini ziyarət edib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.