Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətini qismən təmin edib

Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun telefon danışıqlarına və ailə üzvləri ilə görüşlərinə qadağa qoyulması ilə bağlı kassasiya şikayətini qismən təmin edib.

Apellyasiya Məhkəməsi Qubadoğlunun şikayətinə baxmaqdan imtina edən Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv edərək işi yeni məhkəmə baxışına qaytarıb. Bu barədə “Turan”a vəkil Bəhruz Bayramov məlumat verib.

Xatırladaq ki, tanınmış iqtisadçı Qubud İbadoğlu iyulun 24-də mütəşəkkil dəstə ilə saxta pul hazırlamaqda ittiham olunaraq saxlanılıb.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.